Dəfələrlə məhkum olunmuş şəxslər yenidən tutuldular - VİDEO

Bakının Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.

HTML tutorial

Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov saxlanılıblar. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə qeyd edilən oğurluqları törətdiklərini etiraf ediblər və akkumlyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.