
Bir çox insanlar qədim yunanların və romalıların istifadə etdikləri üsulu bilmirlər. Onlar yalnız aşpazlıqda dəfnə yarpağını tətbiq etmirdilər, həm də ondan xoşagəlməz qoxulardan və nəmişlikdən qurtulmaq üçün istifadə edirdilər. Bunun üçün onlar dəfnə ağacının yarpaqlarını yandırırdılar…
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, məşhür görücü Vanqa bu haqda belə deyib.
Vanqa deyib ki, əgər belə proseduru tez-tez təkrarlasaq, yalnız qoxunun deyil, həm də bəzi xəstəliklərin qarşısını almaq və əhvalı yaxşılaşdırmaq olar: “Sübut edilib ki, dəfnə yarpağının qoxusu sakitləşdirici və ağrıkəsici təsirə malikdir. Dəfnə yarpağı epilepsiyanın hücumlarının qarşısını almağa, stressə, yorğunluğa və yuxusuzluğa üstün gəlir. Bu onunla bağlıdır ki, bu ədviyyatda sineol və spesifik efir yağları olur, hansılar ki, tənəffüs yollarını azad edirlər və bütün orqanizmin dincəlməsinə imkan yaradırlar”.
Vanqa iddia edib ki, dəfnə yarpağı təmizliyin, müvəffəqiyyətin və qələbənin simvolu hesab edilir. Bitkinin sehrli xüsusiyyətləri daha qədim zamanlardan qeyd edilib: “Dəfnə yarpağıyla arzuların icrası üçün müxtəlif mərasimlər keçirilirdi . İndiyə qədər bəziləri giriş qapısının yanında amulet kimi dəfnə ağacının budağını saxlayırlar. Necə deyərlər, harada hərəkət orda bərəkət, buna görə tənbəllik etməyəcəksiniz və bu ədviyyatın köməyi ilə öz arzusunuzu yerinə yetirməyə cəhd edəcəksiniz. Arzunuzu dəfnə yarpağının üzərinə yazıb, yandırın. Tezliklə istəyinizə nail olacaqsınız. Dəfnə yarpağında arzunuzu yazın və onu yandırın.
Arzu əgər siz müsbət köklənmişsinizsə mütləq həyata keçəcək. Fikirin gücü möcüzələr yaradır, sehrbazlığa inanın və bütün xəyallarınız həqiqət olacaq”.
Qeyd edək ki, dəfnə yarpağının faydalı xüsusiyyətləri saymaq çox çətindir. Aşpazlıqda, müalicə hədəflərində, məişətdə, amulet kimi və başqa sahələrdə onu tətbiq edirlər. Buna görə evdə bu unikal ədviyyata malik olmağa dəyər.
Gülnaz Qənbərli
Gununsesi.info