Dəfnə yarpağını - FAYDALARI

  • By admin
  • 14 Sentyabr 2016 16:32

defne

Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur – isti və soyuq yeməklərə, turşulara əlavə olunur.

HTML tutorial

Gununsesi.info öz oxucularının diqqətinə çatdırır ki, bu bitki təkcə yeməklərdə və turşularda istifadə olunmur, həm də onu yandıraraq, pis qoxudan və rütubətdən də azad ola bilərsiniz.

Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir – burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.

Dəfnə yarpağı epilepsiya tutmaları, stress, yorğunluq və yuxusuzluğu aradan qaldırmağa və qarşısını almağa qadirdir.

Bu bitkinin təsirini hiss etmək istəyirsinizsə, bir neçə dəfnə yarpağını yandırın. 10 dəqiqə sonra otaqda gözəl bir qoxunun yayıldığını hiss edəcəksiniz.

Eyni zamanda dəfnə yarpağı, uğur, qələbə təmizlik rəmzi sayılır. Bu sehirli xassəli bitki daha qədimdən istifadə olunur. Dəfnə yarpağı ilə müxtəlif ayinlər keçirilib, arzuların həyata keçirillməsi üçün istifadə olunub.

Gununsesi.info