“Dəhliz Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan üzərindən keçsin” - Prezident

  • By admin
  • 14 İyul 2016 10:25

rosen_plevneliev_240216

 

“İpək yolu” adlanan nəqliyyat dəhlizinin Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan üzərindən keçməsini istəyirik”.

Gununsesi.info “APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib.

“Asiyadan olan tərəfdaşlarımız öz mallarını Avropa bazarlarına çıxarmaq üçün səylər göstərir. Türkiyənin də dəstəyi ilə biz də “İpək yolu” adlanan ticari dəhlizini genişləndirmək istəyirik. Bizim Çün hökuməti ilə də danışıqlarımız davam edir. “İpək yolu”na marağın artırılması üçün çox işlər görüləcək”- deyə, prezident sonra bildirib.

Gununsesi.info