
Hindistanda bir yolçu qatarı dəmir yolundakı xətdən çıxaraq Balasore bölgəsində bir yük qatarı ilə toqquşub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qorxunc qəzada 233 nəfər ölüb, 900-dən artıq insan yaralanıb.
Olay zamanı bir çox insan zərərçəkib və hazırda köməksiz qalıb.
Baş nazir Narendra Modi bölgədə xilasetmə çalışmalarının davam etdiyini bildirərək “Mümkün olan bütün yardım təmin edilir”, deyib.
Yetkililər çoxlu sayda yaralıın xəstəxanalara sövq edildiyini söyləyiblər.
Yazlan xəbərlərə görə, dəqiqləşmədən sonra can itkisinin arta biləcəyi ehtimalı var.
Qanlı qatar toqquşmasından sonra çoxlu sayda qatar səfərləri ləğv edilib.
Tərcümə: Arzu Sayadoğlu