Rusiyanın Maqadan şəhərindəki aeroportdan havaya qalxan “AN-12” təyyarəsi 10 metr hündürlükdən yerə çırpılıb.
Gununsesiaz.info-nun “Qafqazinfo”-ya istinadən məlumatına görə, hava gəmisində 12 sərnişin və 2 ekipaj üzvü olub.
İlkin olaraq, iki sərnişin və bir ekipaj üzvünün xəsarət aldıqları bildirilir.
Təfərrüatlar aydınlaşdırılır.
**
“AN-12” təyyarəsinin yerə çırpılması nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.
Gununsesiaz.info bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
**
Təyyarədə olan 14 nəfər xəstəxanaya aparılıb.
Gununsesiaz.info məlumatına görə, xəsarət alan 7 nəfər müalicə olunacaq, digər 7 nəfər isə ilkin müayindən sonra evə buraxılacaq.