Dəhşətli hadisə: Anasının beşik yerinə sobaya qoyduğu körpə öldü – FOTO

  • By admin
  • 12 Fevral 2024 09:10

ABŞ-ın Kanzas ştatında ananın səhvən beşiyi yerinə sobada yatırması nəticəsində körpə ölüb.

Gununsesi.info xəbər verir ki, məlumat alan polis qrupları hadisənin baş verdiyi evə gedib. Evə gələn polislər ölü tapdıqları körpənin üzərində yanıqların olduğunu və paltarlarının yandığını görüblər.

Məlum olub ki, 26 yaşlı Mariah Tomas körpəni yatdığı beşiyi yerinə səhvən sobaya qoyub. Hadisənin necə baş verməsi ilə bağlı heç bir açıqlama verilməyib.

Həmin qadının bir dostu faciədə Tomasın psixi sağlamlığının rol oynadığını deyib.

Hadisə ilə bağlı prokuror araşdırma başladıb.

Gununsesi.info