Magistral yolun kənarındakı zibil qutusunda 30 yaşlı bir uşaq anasının meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, Avstriyanın Viktoriya əyalətində baş verən hadisə beynəlxalq ictimaiyyətin gündəmində olub.
Gənc qadının cansız cəsədi Bakli yaxınlığında magistral yolun kənarındakı zibil qutusunda tapılıb.
Araşdırmalar nəticəsində meyitin 30 yaşlı Svetha Madhaqaniyə məxsus olduğu müəyyən edilib və hadisə ilə bağlı araşdırma başlanıb.
Yerli hakimiyyət orqanları bir uşaq anasının ərini dindirmək istəyib və anlayıblar ki, kişi uşağı ilə ölkədən qaçıb.
Əri Ashok Raj Varikuppala və 3 yaşlı övladı ilə ölkənin böyük şəhərlərindən biri olan Melburn kənarında yaşayan ailənin dağılması ölkədə şok effekti yaradıb. Varikuppala oğlu ilə birlikdə Hindistana qaçmaqda şübhəli bilinərkən, Hindistan polisi də açıqlama verib.
Hindistanın Kuşayquda polis idarəsinin sözçüsü, “Varikuppala bir müddət əvvəl qayınanasına baş çəkib və uşağını buraxdıqdan sonra şəhəri tərk edib. Ailədən heç kim rəsmi şikayət etməyib” deyib.
Hindistan mətbuatında yayılan xəbərlərə görə, Varikuppala arvadını öldürdüyünü qayınanası və qayınatasına etiraf edib.
Gununsesi.info