Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda “Location” adlı gecə klubunda güclü partlayış olub. Müğənni Nicat Məhərrəmov da partlayışda xəsarət alanlar arasında olub.
Gununsesi.info xəbər verir ki, bu barədə ifaçı özü sosial mediada məlumat yayıb. O, baş verən hadisəni kabus adlandırıb:
“Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan şəfa diləyirəm. Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın”.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.
Gununsesi.info