
İstanbulun Kartal səmtindəki uşaq bağçasında ingilis dili dərsi verən Britaniya vətəndaşı Katie Erorbay taksi sürücüsü Mustafa G tərəfindən güllələnərək öldürülüb.
Gununsesi.info xəbər verir ki, hadisədən sonra intihara cəhd edən Mustafa G.-nin evli və bir uşaq anası olan Erorbayı izlədiyi, dərsdən sonra məktəbə gedərək onu tez-tez narahat etdiyi öyrənilib.
Hadisə dünən saat 15.30 radələrində Orhantəpə rayonunda baş verib. Uşaq bağçasında ingilis dilini öyrədən Britaniya vətəndaşı Keti Erorbay bağçadan çıxaraq maşınına minib. Bu zaman Mustafa G. taksi ilə Erorbayın maşınına yaxınlaşaraq müəllimi zorla maşından endirməyə çalışıb.
Avtomobilindən düşmək istəməyən Erorbay ilə taksi sürücüsü Mustafa G arasında mübahisə düşüb. Daha sonra Mustafa G. yanında olan silahla Erorbaya atəş açıb. Açılan atəş nəticəsində Keti Erorbay qan içində yerə yıxılıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerində Erorbaya ilkin tibbi yardım göstərən sağlamlıq qrupları ingilis dili müəlliminin öldüyünü müəyyən edib. Mustafa G. təcili yardımla xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gununsesi.info