Dəhşətli qəza: 1 ailənin 15 üzvü öldü

  • By admin
  • 28 May 2017 18:30

avtoqeza

 

Əfqanıstanın Pərvan əyalətində 17 nəfəri daşıyan yük maşını aşıb.

Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi yerli administrasiyaya istinadən məlumat yayıb.

Qəza nəticəsində bir ailənin 15 üzvü həlak olub.

“Pərvandan Kabilə yük maşını yolda aşıb. 17 sərnişin həlak olub, 2 uşaq yaralanıb”, – Pərvan əyalətinin qubernatorunun nümayəndəsi Vahid Şahkər agentliyə açıqlamasında deyib.

Onun sözlərinə görə, qəzada ölənlərin hamısı bir ailənin üzvləridir.

 

Gununsesi.info