Dəhşətli qəza iki azyaşlını ata-anasız qoydu - FACİƏ

  • By admin
  • 15 Avqust 2016 11:54

facie

Ötən gecə Bakı-Quba  yolunun Sumqayıtın  Yaşma yaşayış massivindən keçən hissəsində  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  “Hyundai Elantra” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini – həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb.
Ailənin iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma  aparılır.

Gununsesi.info