Dəhşətli qəza ilə bağlı ŞOK DETAL

  • By admin
  • 03 Yanvar 2024 16:28

Yaponiyada ötən gün sərnişin təyyarəsinin yanması ilə nəticələnən qəzada iştirak edən sahil mühafizə təyyarəsinin qüllənin “bir müddət uçuş-enmə zolağından uzaq durmaq” göstərişinə əməl etmədiyi bildirilib.

Gununsesi.info bildirir ki, NHK-nın Yaponiya Nəqliyyat Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, paytaxt Tokiodakı Haneda hava limanının qülləsi qəzaya uğrayan sərnişin təyyarəsinin enişinə icazə verib.

Qüllə qəzaya düşən sahil mühafizə təyyarəsinə “bir müddət uçuş-enmə zolağından uzaq durmağı” tapşırıb. Lakin təyyarə bu təlimata əməl etmədikdə iki təyyarə uçuş-enmə zolağında toqquşub və hər ikisi yanıb.

Qəzadan yaralanandan sağ çıxan sahil mühafizə təyyarəsinin pilotu istintaq çərçivəsində verdiyi açıqlamada qüllədən eniş icazəsi aldığını iddia edib.

Haneda hava limanının uçuş-enmə zolağında sərnişin təyyarəsi ilə sahil mühafizə təyyarəsi toqquşub, daha sonra təyyarələr uçuş zolağında yanmağa başlayıb.

Sərnişin təyyarəsində olan 379 sərnişin və ekipaj təhlükəsiz şəkildə təxliyə edilərkən, sahil mühafizə təyyarəsində olan 6 nəfərdən 5-i həyatını itirib, pilot isə yaralanıb.

Gununsesi.info