Dəhşətli qəza: Pezeşkian çağırış etdi

  • By Admin2
  • 08 Fevral 2025 13:45

İran Prezidenti Məsud Pezeşkian Kirman əyalətində baş verən avtobus qəzasının araşdırılmasına çağırış edib.

Gununsesi.info xəbər verir ki, Pezeşkian gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün qəzanın araşdırılmasının vacibliyini vurğulayıb.

İran prezidenti hadisədən kədərləndiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 6 fevralda Kirman əyalətində məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb, nəticədə 6 qız həlak olub, 27 nəfər yaralanıb.