Dəhşətli qəzada ölən Sevginin FOTOSU

Ötən gün Bakının Maştağa qəsəbəsində 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.

HTML tutorial

Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.

Qəza nəticəsində həyatını itirənlərdən Sevgi Rəsulova eyni zamanda Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi olub.

“Qafqazinfo”ya istinadla onun fotosunu təqdim edirik:

Gununsesi.info