Dəhşətli təyyarə qəzası kameralara yansıdı – ANBAAN VİDEO

  • By admin
  • 16 Yanvar 2024 14:24

Çilinin Panguilemo hava limanında təyyarə qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, ölkənin əsas magistralı olan 5 saylı Cənub marşrutunda yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib, təyyarənin düşdüyü ərazidə olan 4 nəfər isə yaralanıb.

İspan pilot Fernando Solans Roblesin komandanlığı altında “PLYSA-Air Andes” şirkətinə məxsus “Thrush 710P” təyyarəsinin iştirakı ilə baş verən uğursuz qəza anbaan kameralara düşüb.

5 saylı marşrut xətti üzrə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Çili prezidenti Qabriel Borik Font sosial media hesabındakı paylaşımında həyatını itirən pilotun yaxınlarına başsağlığı verib.
Çili Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırma başlatsa da, təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

Gununsesi.info