Dəhşətli virus İtaliyaya da çatdı

  • By admin
  • 21 Dekabr 2020 10:19

İtaliyada COVID-19 xəstəliyinin daha yoluxucu növünə sahib xəstə aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, Celio Hərbi Poliklinikası Elmi Departamentinin qısa müddət əvvəl İngiltərədən ölkəyə daxil olan xəstədə apardığı test və tədqiqatlar nəticəsində koronavirusun mutasiyaya uğrayaraq daha sürətli yayılan formasına rast gəlinib.

İngiltərədə yayılan daha yoluxucu virus səbəbilə iki ölkə arasındakı uçuşlar 6 yanvara qədər dayandırılıb.

Gununsesi.info