Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsini və F.Rzayevin barəsində olan həbs qətimkan tədbirini dəyişdirilərək,ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Hakim F.Qəribov təqsirləndirilən F.Rzayev 2 il axtarışda olduğu üçün vəsatətlər təmin edilmir.
Məhkəmənin baxış iclası oktabrın 6-nə təyin edilib.
Qeyd edək ki, F.Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsini daşıyıb. Qısa müddət ərzində isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində işləyib.
Gülnaz Qənbərli
Gununsesi.info