Gununsesi.info “Ölkə.Az”a istinadən xəbərinə görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Məmmədova Svetlana Nadir qızının məhkəmə prsosesinə hakim Rəşad Əliyev sədrlik edir. Qeyd edək ki, cinayət işində 2 nəfər- Məmmədov Firidun Oruc oğlu və Süleymanov Hidayət Mikayıl oğlu zərərçəkmiş qismində tanınıb.
Firidun Oruc oğlu Məmmədov 4-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, Svetlana Məmmədova adlı qadın onun 23.672 manat pulunu alıb. Şikayətçinin sözlərinə görə, S.Məmmədova onu dövlət işinə düzəltməyi söz verib. Ancaq vaxt tamam olanda kişi aldadıldığını bilib polisə üz tutub. Faktla bağlı Binəqədi RPİ-də cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı qadın ifadə verməkdən yayınaraq müstəntiqin çağırışlarına gəlməyib və axtarışa verilib. Bu ilin fevral ayında saxlanılan qadın artıq istintaq şöbəsinə təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib.