Dələduz qadına hökm oxunub

  • By admin
  • 10 Noyabr 2016 17:23

 Mehkeme .

Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə  dələduzluqda təqsirləndirilən Zemfira Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.infonun xəbərinə görə, görə, prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Qasımova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Qasımova vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını dələduzluq yolu ilə əkə keçirməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Gülnaz Qənbərli

Gununsesi.info