Dələduz “vergiyığanlar” saxlanıldı - Üstlərində “Sahibkarlıq və hüquq” adlı MMC-yə məxsus vəsiqələr aşkar edildi

  • By admin
  • 29 İyul 2016 12:23

55a25a60ffd0ef662f0d48aa7a17b0e8

Qazax rayon Polis Şöbəsinin əməkdaşları uzun müddətdir respublikanın müxtəlif ərazilərində özünü vergi xidmətinin əməkdaşı kimi təqdim edən qrupu ifşa edib .

Gununsesi.info-nun məlumatına görə, özünü vergi işcisi kimi təqdim edən qrup istənilən sahələrdə gəlir əldə edən mağaza səyyar satış mərkəzləri və ya yol kənarlarında meyvə- tərəvəz satan şəxslərə yaxınlaşaraq, onların satdığı məhsulun ya keyfiyyətsiz ya da müddətinin keçməsini bəhanə gətirərək onlardan bunun əvəzində pul tələb edirmiş.  Bu minvalla dırnaqarası qəhrəmanlar ölkənin mərkəzi hissəsindən sərhədinə kimi gəlib çıxıblar . Sonuncu dəfə də cəbhə rayonunun cəbhə kəndi olan Kəmərlidə mağazalardan bu üsülla pul tələb ediblər . Qazax rayon Polis Şöbəsinə müraciət edən sakinlərin ərizəsi əsasında əməliyyat qrupu yaradılaraq dələduzların axtarışına başlanılıb . Çox keçməyib ki, 3 nəfərdən ibarət qrup rayonun digər ərazisində saxlanılaraq idarə etdikləri nəqliyyat vasitəsilə birgə polis şöbəsinə gətirilib . Maraqli məqamlardan biri də odur ki, dələduzluq edən şəxslərin seçdikləri məkan yaşadıqları yerdən uzaq məsafədə olmasıdır . Yoxlama zamanı dələduzluq edən şəxslərin üzərindən müxtəlif rayonlardan götürülmüş qəbzlər də tapılıb.

51b2bf7b-7e40-4013-8c9c-891862ea1153

5d5ec06a-11e2-42d5-bb1b-d41fd6431dc6

Gununsesi.info