Dələduzlar məhkəmə zalından azad edildi

  • By admin
  • 14 Dekabr 2016 18:17

mehkeme 

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində , hakim Mahmud Ağalarovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Bəxtiyar Həsənov, Xuraman Xudiyeva və Vaqif Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Həsənova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Barəsində ev dustaqlığı seçilən X. Xudiyevaya da 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Vaqif Qəribov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən B. Həsənov və V. Qəribov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə qəbul etdirmək adı ilə, zərərçəkmiş Natiq Abbasovdan TQDK-nın binası qarşısında 10 min manat pul alıblar. Xuraman Xudiyeva isə zərərçəkmiş Gülşən Fətəliyevanı dövlət idarəsində işə düzəltmək adı ilə 7 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Gununsesi.info