
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Çərkəzov və Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən V. Çərkəzov və V. Məcidov barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq edilib, və onların cəzası şərti olaraq müəyyənləşdirilib.
Hər iki şəxs məhkəmə zalında azadlığa buraxılıb.
Gununsesi.info