Dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət verildi

  • By admin
  • 29 Avqust 2019 21:00

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rasim Alışovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.org-un xəbərinə görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona bəraət verilib.

Hökmdən narazı qalan zərərçəkmiş Aydın Ağayev apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttiham aktına əsasən, R.Alışov 2016-cı ildə tanışı Yardımlı rayon sakini Aydın Ağayevin etibarından sui-istifadə edib. 

Belə ki, o, A.Ağayevin təsisçisi olduğu “İS AR Trade” MMC-nin aparıcı direktoru işləyərkən həmin şirkətin su və mürəbbə istehsalı üçün sexlər qurmaqdan ötrü avadanlıqlar alacağını vəd edərək, ondan 80 180 manat pul alıb.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan R.Alışov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.  

Gununsesi.org