Dələduzluq etmiş şəxsə hökm oxundu

  • By admin
  • 01 Sentyabr 2016 16:07

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Gununsesi.info