Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərli barəsində məhkəmə araşdırması başa çatıb.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə gedişində məlum olub ki, vəkil aldatdığı adamlara aldığı pulu qaytaracağına dair vəd versə də buna əməl etməyib.
Gununsesi.info