Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin xəzinədarı olmuş Azad Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, A. Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. O,məhkəmə hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info