Dələduzluqda təqsirləndirilən SOCAR-ın sabiq əməkdaşı apellyasiya şikayəti verib

  • By admin
  • 23 Dekabr 2017 09:45

Külli miqdarda dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Gununsesi.info xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı olub. İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Süleymanova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info