
Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub.
Gununsesi.info xəbər verir ki, rayonun Əlisoltanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 14 müraciət ünvanlanıb.
Saatlı rayonunun Dəllər kəndindən qatılan 4 nəfər isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.


