Dəməşqdə məsciddə izdiham - Ölənlər var

Suriyanın paytaxtı Dəməşq şəhərində əməvilərə aid məsciddə izdiham nəticəsində azı üç nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, hadisə yanvarın 10-da cümə namazından sonra baş verib.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

“İzdiham hər kəsin eyni anda ön qapıya qaçması səbəbindən baş verib, o cümlədən biri uşaq üç nəfər ölüb”, – mesajda deyilir.

 

 

Gununsesi.info