Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.
“Mərmilərdən biri diplomatik missiyanın həyətyanı ərazisinə, ikinci mərmi isə səfirliyin yaxınlığına düşüb”,- məlumatda qeyd olunur.
Məlumata əsasən, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.
Gununsesi.info