Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub

  • By admin
  • 03 Fevral 2017 21:44

1932091

 

Suriyanın paytaxtı Dəməşqdə  Rusiya səfirliyi atəşə tutulub.

Gununsesi.info “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, səfirlik fevralın 2-i və 3-də minaatanlardan atəşə tutulub.

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

“Məqsəd Suriyada atəşkəs rejiminin pozmaqdır”, XİN-in məlumatında vurğulanıb.

 

 

Gununsesi.info