Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Gununsesi.info bildirir ki, Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1954-cü il təvəllüdlü Haqverdi Allahverdiyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Son məlumata görə, Bakıda dəm qazı yenə bir nəfərin həyatına son qoyub.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 48 yaşlı Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info