Dəm qazından zəhərlənən kirayədə qalan tələbələrin vəziyyəti açıqlandı – VİDEO

  • By admin
  • 23 Fevral 2024 09:18

Şəkidə 6 tələbə dəm qazından zəhərlənib. Hadisə onların kirayədə qaldıqları mənzildə baş verib.

Gununsesi.info Xəzər TV-yə istinadən bildirir ki, müxtəlif rayonlardan olan tələbələr kirayə qaldıqları mənzildə özlərini pis hiss ediblər. Əvvəlcə halı daha pis olan tələbə Rəvan Xavəvi üçün Təcili Tibbi Yardıma müraciət edilib. Ancaq sonradan digərlərinin də halı pisləşib.

Tələbələr – 18 yaşlı Rəvan Xavəvi, 19 yaşlı Kamil Məmmədli, 19 yaşlı  Ülvi Bəbirbəyli, 21 yaşlı Musallif Bəşirov, 18 yaşlı  Emil Məmmədov və 22 yaşlı İmran Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə  xəstəxanaya çatdırılıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info