“Azərbaycan Dəmir Yolları” QSC bu ilin 8 ayında 16 milyon tona yaxın tranzit yük daşıyıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, 2014-cü ildə dəmir yolu vasitəsilə 21 milyon 800 min ton, 2015-ci ildə 27 milyon ton, bu ilin 8 ayında isə 15,5 – 16 milyon ton tranzit yük daşınıb.
Cavid Qurbanovun sözlərinə görə, yükdaşımalarının həcminin artırılması üçün daha əlverişli tarif siyasəti yürüdülməlidir. Bu isə öz növbəsində dəmiryolçuların əmək haqlarının artmasına kömək olacaq.
Gununsesi.info