“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi səbəbindən qərargah yaradılıb.
Gununsesi.org QSC-yə isitnadən xəbər verir ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb:
+994 12 499 61 11