
Dəmir yolu nəqliyyatı ilə 2017-cı ilin yanvar ayında 1,3 milyon ton yük, 164,8 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,7 faiz, sərnişin daşınmasında isə 14,2 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 358 vaqon yüklənib, 452 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 4,8 min ton, Cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.
Gununsesi.info