Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; MDB Hökümət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixində qərara aldığı MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tədbiqi konsepsiyasının 2017-ci il ərzində icrası barədə; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının müdiriyyəti və dəmir yolu administrasiyalarının əlaqələndirici fəaliyyətini təmin etmək üçün, rabitə xidmətləri göstərən Mərkəzi rabitə stansiyasının (“RDY” ASC filialı) 2018-ci il üçün xərclərinin əvəz edilmə smetası haqqında; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası müdiriyyətinin 2017-ci il ərzindəki fəaliyyətinin təmin edilməsinə dair xərclər smetasının icrası və Şuranın Təftiş Komissiyasının həmin smeta icrasının yoxlama hesabatı haqqında; “RDY” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2017-ci il üçün xərclər smetasının icrası və həmin smeta icrasının yoxlama hesabatı haqqında; Şuranın Fəxri fərmanı ilə təltif edilmə haqqında; Şuranın 69-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.
Tədbirin sonunda yekun protokolu imzalanıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
Gununsesi.info