Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

13 Dekabr 2017 - 10:00

Dəmir yolunda “Sağlamlıq günü” keçirilib- FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Sağlamlıq günü” adlı tədbir keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata gğrə, tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara  profilaktik baxışların keçirilməsidir.

”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə  və müalicə aparılmaları  tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə Bakı dəmir yolu xəstəxanasının 10 həkimi dəmiryolçuları müayinə edib.

Gün ərzində 52nəfər Bakı dəmir yolu xəstəxanasının həkimləri tərəfindən elektrokardioqrafik və laborator müayinədən keçirilib, 28 nəfər xəstəxanaya dəvət olunub.

Qeyd edək ki, “Sağlamlıq günü” tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur.


Gununsesi.info