Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır

  • By admin
  • 01 May 2018 13:57

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. Mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır.

Gununsesi.info xəbər verir ki, təmir işlərini icra edən “Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə-Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4.1 km uzunluğunda yollar əsaslı təmir edilib.

Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik  yolun əsaslı təmiri həyata keçirilir.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq,  bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlərin böyük əhəmiyyəti var.