Dəmir yolunun daha bir hissəsində təmir başlayır

Dəmir yolunun daha bir hissəsində təmir başlayır

demir yolu

Dəmir yolunun Dəliməmmədli-Kürəkçay mənzilində 6,8 km yol əsaslı təmir olunur. Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Dəliməmmədli-Kürəkçay mənzilində 6,8 km yolun əsaslı təmirinə start verilir. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Xəqani Kazımovun verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

“Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 100 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

COMMENTS