Dəmiryolu vağzalında analoqu olmayan parklanma qiymətləri - Foto

Bakı Dəmiryolu Vağzalı ərazisində atomobillərin parklanma qiyməti müəyyən edilib.

 

Gununsesi.info-nun xəbərinə görə, olduqca bahalı tariflə hesablanan parklanma qiymətləri sosial şəbəkələrdə etirazlara səbəb olub.

 

Belə ki, yeni tariflərə görə parklanmanın qiyməti 1 manatdan 30 manatadək müəyyən edilib.

 

Dəmiryolu ərazisində 3 saatlıq dayanmaq üçün 10 manat ödəniş tələb olunur.

 

Jurnalist Pərviz Həşimli isə sosial şəbəkə hesabında bahalı parklanma qiyməti ilə bağlı bunları yazıb:

 

“Təsəvvür edin ki, Bakı Dəmiryolları Xəstəxanasında çalışan bir həkim öz avtomobili ilə işə gəlir və işdən çıxanda 18 manat parking pulu ödəməlidir.
Axmaqlığa bax e…
Bu qiyməti kim müəyyən edir? Ərazidə çalışan insanların gəlirləri nəzərə alınıbmı?
Yerindən duran soyğunçuluq edir.
Norveç paytaxtı Osloda da parklanma bahadır. Amma bunu soyğunçuluq məqsədiylə deyil, ətraf mühit üçün edirlər”.

 

 

Gununsesi.info