
Ölkədə xarici ticarət dövriyyəsində yükdaşımalarının həcmi azalıb. Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 7 ayında müxtəlif nəqliyyat vasistələri daşımalarında 9.3 milyard dollarlıq yük daşınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır.
Nəzərə çarpacaq artım yalnız dəniz nəqliyyatındakı yükdaşımalarındadır. Dəmiryol nəqliyyat vasitələrindən ixracımızda hətta 5.1 dəfə azalma var. Stasionar nəqletmə vasitələrindən daşımaların ixracın 2 dəfə azalma olsa da, təəssüf ki idxalda 6.8 dəfə artım var. Avtonəqliyyat və özü hərəkət edən vasitələrdə də dəm ixrac, həm idxalda ciddi azalma müşahidə edilir.
Vüsalə RÜSTƏMOVA
gununsesi.info