Dənizə düşdüyü deyilən Mübariz intihar edibmiş

  • By admin
  • 03 Sentyabr 2019 11:26

Ötən axşam Bakı Bulvarında dənizə düşdüyü deyilən şəxs intihar edibmiş. 

Gununsesi.org-un məlumatına görə, 40 yaşlı Cəlilabad rayon sakini Mübariz Yağnəliyev Bulvar ərazisində özünü dənizə atıb.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, hadisə barədə FHN-in yaydığı məlumatda 1 nəfərin dənizə düşdüyü bildirilmişdi.

Gununsesi.org