Dəniz Baykal və MHP üzvlərinin işi ilə bağlı İSTİNTAQ İŞİ YEKUNLAŞDI

  • By admin
  • 28 Sentyabr 2017 14:06

04

Cümhuriyyət Xalq Partiyasından (CHP) Antalya millət vəkili Dəniz Baykal və bəzi Miliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkillərinə məxsus olduğu iddia edilən video görüntülərlə bağlı aparılan istintaq işi yekunlaşıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Ankara Baş Prokurorluğu məlumat yayıb.

Belə ki, prokurorluqdan D.Baykal və MHP üzvlərinin gizli kamera ilə çəkilən görüntüləri internetdə yayılması ilə bağlı aparılan istintaqın başa çatdığı və işin məhkəməyə göndərildiyi bildirilir.

Məlumata görə, video görüntülərin və səs yazılarının internetdə yayılması FETÖ lideri Fəthullah Gülənin təlimatı ilə polislər ediblər.

Hazırda bu işə görə, aralarında Sedat Zavar, İlker Usta, Enes Çığci, Ali Özdoğan daxil 171 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Anar

Gununsesi.info