Dəniz Baykalın seks videosuna görə 38 nəfərin həbsinə qərar verildi - VİDEO

  • By admin
  • 23 Avqust 2016 11:10

baykal

Türkiyənin “ana müxalifət” partiyasının – CHP-nin keçmiş sədri Dəniz Baykalın məşhur qalmaqallı videogörüntülərinin yayılması ilə bağlı yeni detallar ortaya çıxıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara şəhər prokurorluğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) bəzi sabiq deputatları və Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan seçilmiş millət vəkili Dəniz Baykala aid olduğu iddia edilən videogörüntülərlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 47 şübhəlidən 38 nəfərinin həbsinə qərar verib.

Qeyd edək ki, həbs olunan 38 nəfərin arasında keçmiş Kəşfiyyat İdarəsinin rəisi Ömər Altıparmak da var.

https://www.youtube.com/watch?time_continue=2&v=gEvo6YrhoPY

Anar

Gununsesi.info