“Dəniz kuboku – 2017” barədə məlumat verilib - FOTOLAR

  • By admin
  • 01 Avqust 2017 14:45

24

Avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku – 2017” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Mətbuat konfransı zamanı iştirak edən heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib, jurnalistlərin iştirakı ilə müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

23 22

Anar
Gununsesi.info