
Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1263,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,5 faiz artıb. Yüklərin 43,4 faizini neft yükləri təşkil edib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, dəniz limanlarında 1809,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 1720,5 min tonunu və ya 95,1 faizini tranzit yüklər təşkil edib. 2017-ci il mart ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 48,6 min ton idxal yükləri olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,8 faiz artaraq 2,6 min nəfər olub.
Gununsesi.info