
Oktyabrın 3-ü saat 19:00-da “Yarat Müasir incəsənət Məkanı”nda rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” (“The Salty Sea Dog”) qısametrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.
Gununsesi.info-nun xəbərinə görə, film “Nərimanfilm” kinokompaniyasının bazası əsasında çəkilib. Qadın həyatında xəyanət və ağrı – filmin əsas süjet xəttidir.
Film, “British Film Institute” və “Film Society of Lincoln Center” -in rəsmi üzvü olan “Calcutta İnternational Cult Film Festival”-da “Qadınlar haqqında film” kateqoriyasında Avqust ayının ən yaxşı qısametrajlı filmi seçilib. Film, həmçinin “Women’s Only Entertainment Film Festival”-ın əsas müsabiqə bölümünün iştirakçısı olub.
Rollarda: Natavan Hacıyeva, Azər Aydəmir. Rejissor – Murad Abiyev, Ssenari müəllifi- Lala Əliyeva- Klıçkova, Quruluşçu operator- Kirill Gerra, Prodüser- Nəriman Məmmədov, İcraçı prodüserlər – Emin Quliyev, Lala Əliyeva-Klıçkova, İstehsalat müdiri- Rüstəm Şəfiyevdir.
http://www.imdb.com/title/tt7292342
Gülnaz Qənbərli
Gununsesi.info