Dənizdə 1 nəfər batdı – axtarış aparılır

  • By admin
  • 29 İyul 2017 18:22

bogulma
Dənizdə 1 nəfər batıb, hazırda vətəndaşın axtarışı aparılır.

FHN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən  məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Gununsesi.info